Sosial şəbəkədə biz:
Deputatdan marjinal siyası qruplara əsaslı cavab
Xəbər Şəkli

Deputatdan marjinal siyası qruplara əsaslı cavab

29 September 2025, 10:09
Siyasət

Milli Məclisin deputatı Vüqar Bayramov Azərbaycanın uğurlarını həzm edə
bilməyən marjinal siyasi qruplara və bəzi xarici dairələrə ünvanlanaraq
bildirib ki, ölkəmiz Qafqazın aparıcı ölkəsi olaraq regional və bir sıra
qlobal məsələlərə töhvə verməkdədir.


Son 21 ildə Azərbaycan iqtisadiyyatının, eləcə də sosial təminat
sisteminin kifayət qədər güclənməsi müşahidə olunub. 2003-cü il ilə
müqayisədə Azərbaycanda minimum əməkhaqqı 38 dəfə, minimum pensiya 14
dəfə artıb. 2003-cü ildə Azərbaycanda ÜDM-in dollar ekvivalentində
məbləği cəmi 7 milyard dollar idisə, bu gün həmin məbləğ 72 milyard
dollardan çoxdur. Azərbaycan üçün kifayət qədər vacib olan strateji
valyuta ehtiyatları həmin dövrdə 2 milyard dolardan az idi. Ötən il bu
rəqəm 75 milyard dollara çatıb.

Onun sözlərin görə, Ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə
qayıtması Azərbaycan iqtisadiyyatının yenidən bərpa edilməsinə və
1993-cü ildə müşahidə edilən tənəzzülün qısa zamanda aradan qalxmasına
gətirib çıxardı. O vaxt Azərbaycanın ÜDM-i cəmi 375 milyon manat, büdcə
gəlirləri isə cəmi 100 milyon manat idi. Çox qısa zamanda
iqtisadiyyatdakı tənəzzülün qarşısı alındı və 1996-cı ildən ÜDM-dəki
artım sonrakı dövrlərdə də sürətli iqtisadi artıma çevrildi. ÜDM çox
qısa zamanda 4,5 dəfə artdı. Azərbaycan iqtisadiyyatı bir neçə il
ərzində 5 dəfəyə yaxın böyüdü.