Sosial şəbəkədə biz:

Salyanda naməlum sürücünün maşınla vurduğu 7 yaşlı uşaq öldü

19 October 2017, 13:48
Gündəm
Bu gün axşam saatlarında Ələt-Astara avtomobil yolunun Salyan şəhərinin ərazisindən keçən 59-cu kilometrində “Ay işığı” mağazasının qarşısında piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, yaxınlıqdakı binada yaşayan 7 yaşlı Salyan şəhər sakini Əhmədov Ayxan Sabir oğlu mağazadan çıxıb evlərinə getmək istəyərkən onu naməlum, ağ rəngli VAZ-2107 markalı avtomaşın vurub. Uşaq xəstəanaya gətirilərkən yolda keçinib. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən piyadanı vuraraq hadisə yerindən qaçmış sürücünün axtarışı aparılır. Faktla bağlı Salyan rayon Prokurorluğunda araşdırmalara başlanılıb.