Sosial şəbəkədə biz:

Fazil Məmmədovdan daha bir dəyişiklik: Müşaviri departament direktoru təyin etdi (FOTO)

20 October 2017, 15:02
Gündəm
Azərbaycan Vergilər Nazirliyində yeni təyinat olub.
Azinforum.az report-a istinadən xəbər verir ki, nazirliyin Daxili Təhlükəsizlik Departamentinə yeni baş direktor təyin edilib.
Məlumata görə, nazir Fazil Məmmədovun əmri ilə bu vəzifəyə baş vergi xidməti müşaviri Cavanşir Eldar oğlu Nuriyev təsdiq olunub.
Qeyd edək ki, o, bundan əvvəl nazirliyin Hüquq Departamentinin baş direktor müavini vəzifəsində çalışıb.
Xatırladaq ki, Vergilər Nazirliyinin Daxili Təhlükəsizlik Departamentin baş direktoru Vüqar İsmət oğlu İsmayılov olub.