Sosial şəbəkədə biz:

Trampdan feysbukla bağlı - Açıqlama

22 October 2017, 09:13
Gündəm
ABŞ Prezidenti Donald Tramp 2016-cı il prezident seçkilərində feysbukun onu deyil, rəqibi Hillari Klintonu dəstəklədiyini bildirib. Teleqraf.com-un "RİA Novosti"yə istinadən xəbərinə görə, bu haqda ABŞ rəhbəri öz Twitter hesabında yazıb. "Hiyləgər Hillari Klinton prezident seçkilərinə məndən çox - yüz milyonlarla dollar xərclədi. Feysbuk mənim yox, onun tərəfindəydi. Tez -tez feysbukda reklam üçün xərclənən "önəmsiz" pullar haqda eşidirəm. Eləsə SNN, ABC, NBC və CBS-də saxta xəbərlərə xərclənən milyardlarla dollara nə deyirsiz?" - Tramp bildirb. Ancaq o, feysbukda hansı reklamı nəzərdə tutduğunu açıqlamayıb. Qeyd edək ki, daha öncə ABŞ KİV-i Rusiyanı sosial şəbəkələrlə Trampa dəstək verməkdə ittiham edirdi, amma bununla bağlı heç bir əsas göstərilmirdi.