Messiyə ömürlük müqavilə təklifi
“Barselona”nın baş direktoru Oskar Qrau Lionel Messinin klubla müqaviləsinin uzadılması ilə bağlı jurnalistlərə məlumat verərkən deyib: “Messi artıq öz müqaviləsini 4 il müddətinə uzadıb. Amma biz istəyirik ki, ona ömürlük müqavilə təklif edək”. Oskar Qraunun fikrini kataloniya klubunun prezidenti Xosep Bartomeu da təsdiqləyib. Xəbəri “Sport ekspress” qəzeti yayır.