Sosial şəbəkədə biz:

ABŞ Türkiyə Ədliyyə Nazirliyinin nümayəndə heyətinə viza vermədi - QALMAQAL

24 October 2017, 21:58
Gündəm
ABŞ Türkiyə Ədliyyə Nazirliyinin nümayəndə heyətinə viza verməyib. "Report" xəbər verir ki, Türkiyənin 5 nəfərdən ibarət nümayəndə heyəti iki ölkə arasında viza gərginliyinin aradan qaldırılması üçün danışıqlar aparmaq məqsədilə ABŞ-a səfər etməliydi. Rəsmi Vaşinqton nümayəndə heyətinə vizaların Türkiyəyə qarşı tətbiq olunan məhdudiyyət səbəbindən ABŞ Dövlət Departamenti tərəfindən təsdiqlənmədiyini bildirib.