Sosial şəbəkədə biz:

Bakıda özünü asmaq istəyən iki uşaq anası xilas edilib

27 October 2017, 10:50
Gündəm
Bakının Xəzər rayonunda özünü asan qadın qohumları tərəfindən xilas edilib. "Report"un xəbərinə görə, intihara cəhd hadisəsi Binə qəsəbəsində qeydə alınıb. "Südçülük sovxozu"nda yaşayan 1985-ci il təvəllüdlü M.G. yaşadığı evdə özünü asıb. Qohumları onu görərək boğulmaqdan xilas ediblər. Lakin qadının vəziyyəti ağır olduğundan o, 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Faktla bağlı hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən araşdırma aparılır. G.Məmmədova ailəlidir, onun iki azyaşlı övladı var.