DİN əməkdaşı küçə pişiyini təpiklədi və...- VİDEO
Daxili İşlər Nazirliyinin əməkdaşı küçə pişiyini təpiklə vurduğuna görə işdən çıxarılıb.
Rusiya mediası xəbər verir ki, ibrətamiz olay Belarusun Polotsk şəhərində baş verib. Milisin heyvanla amansız rəftarı naməlum şəxslər tərəfindən lentə alınıb. Kadrlardan bəlli olur ki, gizir rütbəli DİN əməkdaşı küçədə gedərkən onun arxasınca gələn və ayaqlarına sürtünən pişiyi təpiklə bərkdən vurur. Zavallı pişik uçub divara dəyir. Bu görüntülər sosial şəbəkə və internet-mediada yayıldıqdan sonra Belarus DİN rəhbərliyi həmin milisi daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən davranışına görə işdən azad edib. Üstəlik, heyvanla amansız rəftar etdiyi üçün keçmiş milisə qarşı inzibati qaydada iş də qaldırılıb.
Xatırladaq ki, bu ilin aprelində Azərbaycanda da oxşar olay baş vermişdi. Zaqatala rayonunda qonşusu İkram Ramazanova məxsus 3 aylıq iti döyən Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin əməkdaşı Tural Hacıömərov rəsmi formada cəzalandırılaraq işdən azad edilmiş və 500 manat məbləğində cərimələnmişdi.(Moderator.az)