Sosial şəbəkədə biz:

Kıvançın 3 milyon vergi borcu var

28 October 2017, 10:47
Gündəm
Türkiyənin məşhur aktyoru Kıvanç Tatlıtuğa ötən ayın sonunda böyük bir miqdarda vergi cəzası gəlib. “Qafqazinfo” xəbər verir ki, vaxtı vaxtında vergisini ödəyən aktyorun 3, 5 milyon TL borcu olduğu ortaya çıxıb. Tatlıtuğ bu hadisədən sonra keçmiş mühasibi ilə əlaqə saxlayıb. Erdal. D-ni tapa bilməyən Kıvanç polisə müraciət edib. Müraciətdə Tatlıtuğun dələduzluqla üzləşdiyi qeyd olunub. Aktyor qeyd edib ki, vergisini vaxtında ödənilməsi üçün mühasibinə pul verib, lakin o, vergisini ödəməyib.