Sosial şəbəkədə biz:

"Qarabağ"dan "Çelsi" azarkeşlərinə 3664 bilet

28 October 2017, 17:31
Gündəm
"Çelsi"nin azarkeşlərinə Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda "Qarabağ"la səfər oyunu üçün 3664 bilet ayrılıb. Qol.az-ın London klubunun saytına istinadən yaydığı xəbərə görə, biletlər 2 - 10 noyabrda satışda olacaq. Qiymət isə 4.5 funt sterlinq (10 manat) müəyyənləşdirilib. Qeyd edək ki, noyabrın 22-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Çelsi" matçı Bakı vaxtı ilə saat 21:00-da başlanacaq