Sosial şəbəkədə biz:

"Bu il ən uğurlu səhifələrdən biri kimi yadda qalacaq" - Novruz Məmmədov

30 October 2017, 11:37
Gündəm
“2017-ci il müstəqil Azərbaycanın tarixində ən uğurlu səhifələrdən biri kimi yadda qalacaq”. Bunu Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov özünün “Facebook” səhifəsində yazıb. “Böyük tarixi hadisələr sırasında - Yeni Əsrin - XXI əsrin kontraktının imzalanmasından sonra, bu gün isə iki qitənin ölkələrini və xalqlarını bir-birinə yaxınlaşdıran Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışıdır. Yolun daim uğurlu olsun, Azərbaycan!”.