Sosial şəbəkədə biz:

Yüksək sürət 26 yaşlı gəncin həyatına son qoydu - VİDEO

31 October 2017, 21:50
Gündəm
Qəbələdə bir nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. Hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistralının Nohurqışlaq kəndindən keçən hissəsində qeydə alınıb. Vəndam qəsəbə sakini 26 yaşlı Sənan Eynullazadənin idarə etdiyi Vaz 21 099 markalı avtomobillə, Tüntül kənd sakini 53 yaşlı Sərvan Sadıqovun sükanı arxasında olduğu Mercedes markalı maşın toqquşub. Sənan Eynullazadə hadisə yerində dünyasını dəyişib. Mercedesin sürücüsü və sərnişini – 40 yaşlı Aygün Əzimova müxtəlif dərəcəli bədən xəsarətlərilə Qəbələ MRX-yə çatdırılıb. Onların vəziyyəti orta ağır qiymətləndirilir. İlkin ehtimala görə hadisəyə yüksək sürət səbəb olub.