Sosial şəbəkədə biz:

Ermənistanın baş naziri Məmmədyarova cavab verdi:"İş adamlarımız Bakı-Tiflis-Qars..."

02 November 2017, 21:54
Gündəm
Erməni sahibkarlarının Bakı-Tiflis-Qars dəmir yolunun xidmətlərindən istifadə imkanları olacaq. Bunu Ermənistanın Baş naziri Karen Karapetyan söyləyib. “Bakı-Tiflis-Qars dəmir yolundan istifadə etməyimiz təklifdən asılıdır. Erməni iş adamlarına sərf etsə, onlar Bakı-Tiflis-Qars dəmir yolunun xidmətlərindən istifadə edəcəklər", – deyə nazir bildirib/Axar.az. Qeyd edək ki, bundan öncə Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra Bakı-Tiflis-Qars dəmir yolundan istifadə edə biləcəyini söyləyib.