Sosial şəbəkədə biz:

Ərdoğan "Biz şəhidimizin qanını yerdə buraxmayacağıq" dedi, 9 şəhidin qisası alındı, 46 PKK-çı məhv edildi

03 November 2017, 09:31
Gündəm
Bu gün PKK terroristlərinin Türkiyənin Hakkari bölgəsinə bağlı olan Şemdinlidə türk əsgər və qoruyucularına hücum etməsi nəticəsində həlak olan 9 şəhidin qisası gün ərzində alınıb.
Mia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu gün səhər həlak olan 9 şəhidin qisasını almaq üçün böyük əməliyyata başlayan türk ordusu 46 PKK-çını məhv edib.
Məlumata görə, hazırda bölgədə əməliyyat davam edir.
Onu da qeyd edək ki, səhər həlak olan şəhidlərlə bağlı prezident Ərdoğan da başsağlığı mesajı verib.
 O, eyni zamanda, bidirib ki, onların qanı yerdə qalmayacaq: "Biz şəhidimizin qanını yerdə buraxmayacağıq".