Sosial şəbəkədə biz:

SOCAR-a məxsus neft quyusunda qəza: 2 nəfər yaralanıb

03 November 2017, 11:22
Gündəm
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) quyuda qazma zamanı baş vermiş qəza ilə bağlı məlumat yayıb. SOCAR-dan verilən məlumata görə, “Qaradağ” sahəsindəki 490 saylı quyuda qazma prosesi zamanı qəbul meydançasından köməkçi bucurqad vasitəsilə yuxarı işçi meydançaya qaldırılan borulardan biri yırğalanıb və Kompleks Qazma İşləri Trestinin “Qaradağ-Qalmaz” İstehsalat Bölümünün qazmaçı köməkçiləri 1965-ci il təvəllüdlü Gözəlov Fikrət Alıkişi oğluna və 1964-cü il təvəllüdlü Ədilov Cavad Əlibala oğluna xəsarət yetirib. Hər iki zərərçəkən təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Hazırda xəsarət alan qazmaçılar xəstəxanada müalicə alırlar. Hadisənin baş vermə səbəbləri araşdırılır.