Sosial şəbəkədə biz:

Ramil Usubov bütün şəhər və rayonların rəislərini TOPLADI

03 November 2017, 12:43
Gündəm
Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilir. Unikal.org-un məlumatına görə, respublikanın bütün şəhər və rayonları üzrə idarə və şöbə rəislərinin iştirakı ilə keçirilən kollegiya iclasına daxili işlər naziri, general-polkovnik Ramil Usubovun sədrlik edir. Kollegiya iclası 2017-ci ilin 9 ayında cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunub.