Mediada kriminal hadisələrin işıqlandırılması mövzusunda konfrans keçiriləcək
Sabah – 8 noyabr 2017-ci il tarixdə, saat 12.00-da Beynəlxalq Mətbuat Mərkəzində “Mediada kriminal hadisələrin işıqlandırılması: ictimai maraqlar və peşəkarlıq” mövzusunda konfrans keçiriləcək.
Musavat.com-a verilən məlumata görə, Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə keçiriləcək toplantıda Şuranın İdarə Heyətinin üzvləri, kütləvi informasiya vasitələrinin rəhbərləri, ictimaiyyət nümayəndələri, ali məktəblərin jurnalistika fakültələrinin müəllimləri və rəsmi şəxslər iştirak edəcəklər.