Bunu etməyən sürücülər bu gündən cərimə olunacaq
Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə nömrələrdə olan defis işarələrinin bərpası ilə bağlı verilən müddət başa çatıb.
“Qafqazinfo” xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi oktyabrın 12-də nəqliyyat vasitələri sahiblərinə və sürücülərə nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarında qanunvericiliklə nəzərdə tutulmuş standartların tələblərinin pozulması (defis simvollarının, çərçivə xəttinin silinməsi) hallarının aradan qaldırılması üçün 1 ay müddətində vaxt vermişdi. Bu pozuntunu aradan qaldırmayanlar bu gündən inzibati məsuliyyətə cəlb ediləcək.