Sosial şəbəkədə biz:

Bakıda kürəkən qayınanasını döydü - Qayınana xəstəxanaya yerəşdirilib

13 November 2017, 10:00
Gündəm
Bakının Sabunçu rayonunda döyülmə hadisəsi baş verib.
"Report" xəbər verir ki, Zabrat qəsəbəsində İstilik Kombinatı kimi tanınan ərazidə yaşayan 55 yaşlı İsmayılova Lətifə Abuzər qızı ailə-məişət münaqişəsi zəminində kürəkəni ilə mübahisə edib.
Nəticədə qayınana kürəkən tərəfindən döyülüb. Xəsarət alan qadın yaralı vəziyyətdə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.