Sosial şəbəkədə biz:

Nəsimi məktəbliləri tura göndərildi

13 November 2017, 11:09
Gündəm
Nəsimi rayon orta ümumtəhsil məktəblərinin 9-11-ci siniflərində təhsil alan 40 nəfər məktəbli şagird  Lənkəran-Masallı-Astara  rayonlarına “Ölkəmizi tanıyaq” devizi altında maarifləndirici tur-aksiyası təşkil olunub. İH-dən Azinforum.az-a daxil olan xəbər görə, yeniyetmələrin respublikamızın müxtəlif rayonları ilə tanışlığı üçün təşkil olunmuş maarifləndirici tur-aksiya çərçivəsində 11 noyabrda Nəsimi rayonundan olan məktəblilərin  yola salınma mərasimi keçirilib. Yola salma mərasimində valideyinlər və məktəblilər çıxış edib. Sonra məktəblilər xatirə şəkilləri çəkdirib və Dövlət Yol Polisinin avtomaşınının müşayəti ilə yola salınıblar.