Sosial şəbəkədə biz:

ANS-in əməkdaşının üstünə qaynar su töküldü - AZAL-ın təyyarəsində

13 November 2017, 11:14
Gündəm
“O boyda təyyarədə yanıq üçün bir maz tapılmadı”. “Qafqazinfo” xəbər verir ki, bu sözləri fəaliyyəti dayandırılmış ANS-in əməkdaşı Tünzalə Rafiqqızı sosial şəbəkədə yazıb. Jurnalist bildirib ki, AZAL-ın təyyarəsi ilə İstanbula gedən zaman başına iş gəlib. Belə ki, stüardessanın əlindəki qaynar çaydan üstünə dağılıb: “Qaynar su üstümə dağıldı. O boyda təyyarədə yarama vurmağa bir dərman tapılmadı. Axırda bir sərnişin oteldən götürdüyü balaca diş pastasını verdi, onu çəkdik. Bu da milyonluq təyyarəmizdə lüks xidmət”.