Bakıda avtobusdan Albaniya dövlətinə aid pullar tapılıb - FOTO
"BakuBus" avtobusunun salonundan Azərbaycanın qədim dövrünə (Albaniya dövlətinə aid olduğu güman edilən) aid maddi mədəniyyət numunələri - gümüş və mis pullar tapılıb.
“BakuBus” MMC-nin mətbuat xidmətinin rəhbəri Mansur Piriyevin AzVision.az-a verdiyi məlumata görə, bununla bağlı olaraq artıq Milli Azərbaycan Tarixi Muzeyinə məlumat verilib.
Tapılan tarixi ekspanatlar qanunvericiliyə uyğun şəkildə aidiyyatı üzrə təqdim olunacaq.