Sosial şəbəkədə biz:

Azərbaycanda növbəti zəlzələ baş verdi

20 November 2017, 19:54
Gündəm
Azərbaycanda növbəti zəlzələ baş verib. Bu barədə "Report"a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib. Məlumata görə, noyabrın 20-də, yerli vaxtla saat 17:54:27-də Gəncədən 53 kilometr cənub-qərbdə, Samux rayonu ərazisində 3,5 bal gücündə zəlzələ baş verib. Ocağı 11 kilometr dərinlikdə yerləşən yeraltı təkan hiss olunmayıb.