Sosial şəbəkədə biz:

Bir şəklin tarixçəsi: Şövkət Ələkbərova və qızı...

20 November 2017, 23:38
Gündəm
Təqdim etdiyimiz digər foto lentə alınan zaman Xaliq Rzayev Yəmən Xalq Demokratik Respublikanın attaşesi vəzifəsində işləyirdi. O, Şövkət Ələkbərova ilə ailəvi dostluq münasibətlərində olub.  1984-cü ildə X.Rzayev Elçin İslamzadə (Akif İslamzadənin qardaşı) və Natella Ələkbərova (Xalq artisti Şövkət Ələkbərovanın qızı) ilə Cənubi Yəmənin Ədən şəhərində görüşüb. Bu şəkil çəkiləndən təxminən 2-3 il sonra Natella Ələkbərova xərçəng xəstəliyindən dünyasını dəyişib. Qızının ölümü bir müddət Şövkət Ələkbərovadan gizli saxlanılıb.