Sosial şəbəkədə biz:

“BakuBus”ın avtobusu gənc qızı vurdu

21 November 2017, 16:33
Gündəm
“BakuBus”ın avtobusu gənc qızı vurub. “Report”un xəbərinə görə, yol-nəqliyyat hadisəsi Bakı şəhəri, Yasamal rayonunda baş verib. Belə ki, Hüseyn Cavid prospektində yolu keçmək istəyən 1993-cü il təvəllüdlü Abbaslı Roza Pərviz qızını 3 nömrəli marşut xətti üzrə hərəkət edən “BakuBus” şirkətinə məxsus sərnişin avtobusu vurub. Yaralı xəstəxanaya yerləşdirilib. Fakt bağlı araşdırma aparılır.