Sosial şəbəkədə biz:

Dünyada elektromobil satışları 63% artıb

21 November 2017, 22:19
Gündəm
Dünyada elektrikli avtomobillərin satışı 2017-ci ilin III rübündə ötən illə müqayisədə 63% artaraq 287 min ədəd təşkil edib. "Report" "Bloomberg New Energy Finance"a (BNEF) istinadən xəbər verir ki, elektrikli və hibrid avtomobillərin sayı cari ilin II rübü ilə müqayisədə isə 23% artım göstərib. BNEF ekspertlərinə görə, satışların yarıdan çoxu Çinin payına düşüb. Belə ki, Çində elektrikli avtomobil satışlarına dövlət subsidiya proqramı həyata keçirilir. Bu subsidiyalar adı çəkilən avtomobillərin satış qiymətində 40%-ə qədər endirimə gətirib çıxarır. Ekspertlər 2017-ci ildə bu növ avtomobillərin satış həcminin 1 mln. ədədi ötəcəyini proqnozlaşdırır.