Sosial şəbəkədə biz:

Türkiyədə benzin ucuzlaşdı

22 November 2017, 11:49
Gündəm
Dünən gecə saatlarından etibarən Türkiyədə benzinin qiyməti ucuzlaşıb. Azinforum.az xəbər verir ki, bu barədə Türkiyənin “Anadolu” agentliyi xəbər verib. Məlumata görə, benzinin bir litrinin qiyməti 7 kuruş (təxminən 0,03 AZN) ucuzlaşıb. Ankarada benzinin 1 litr üçün dəyəri orta hesabla 5,66 lirədən 5,59 lirəyə qədər ucuzlaşıb. İstanbulda 1 litr benzinin qiyməti 5,61 lirədən 5,54 lirəyə, İzmirdə 5,63 lirədən 5,56 lirəyə endirilib.