Sosial şəbəkədə biz:

“Pərdə-plyonka tələbi”nə məhəl qoymayan 796 sürücüyə cərimə kəsildi

23 November 2017, 11:14
Gündəm
“Tətbiqinə icazə verilməyən örtükləri şüşələrə çəkdiyinə görə 796 sürücü inzibati inzibati məsuliyyətə cəlb olunub”. Bu sözləri Modern.az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib. Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsinə uyğun olaraq, nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə 150 manat cərimə nəzərdə tutulur. Cərimələrlə bağlı qərar noyabrın 16-dan qüvvəyə minib.