Sosial şəbəkədə biz:

Türkiyəli jurnalisti İsraildən deportasiya etdilər – Səbəb

23 November 2017, 15:58
Gündəm
Türkiyəli jurnalist Kamal Gümüş “Mavi Mərmərə” gəmisində səyahət etməsi bəhanəsi ilə Tel-Əvivdən deportasiya olunub. Avropa.info xəbər verir ki, Qüdsə müqəddəs yerləri ziyarət etmək üçün gedən Kamal Gümüş Tel-Əviv Ben Qurion aeroportundan deportasiya olunub. Gümüş hadisə ilə bağlı “Twitter” hesabında bu məlumatı yazıb: “Mavi Mərmərə sərnişini olmağım səbəbi ilə Qüdsə getmək üçün gəldiyim Tel-Əvivdən deportasiya edilirəm”.