Sosial şəbəkədə biz:

Dağıstanın Azərbaycanla həmsərhəd rayonunda atışma olub – Ölənlər var

23 November 2017, 21:48
Gündəm
Dağıstanın Azərbaycanla həmsərhəd Mhərrəmkənd rayonunda atışma olub, 2 nəfər ölüb. APA-nın “RİA Novosti”yə istinadfən verdiyi xəbərə görə, bu barədə rayon administrasiyasının rəhbəri Fərid Əhmədiv bildirib. Ölənlərdən birinin rayon şurasının deputatı olduğu bildirilir. Məlumata görə, insident nəticəsində daha 3 nəfər yaralanaraq xəstəxanaya yerləşdirilib. Atəş açanlardan biri saxlanılıb, iki nəfəri isə hadisə yerindən qaçıb. Münaqişədə 8 nəfərin iştirak etdiyi bildirilir.