Məscid partladıldı, namazdan çıxanlar atəşə tutuldu: ən azı 240 ölü, 120 yaralı var - Misirdə dəhşətli terror
Son məlumata görə, ölənlərin sayı artaraq 240 nəfərə çatıb. Gözlənilir ki, bu say bir qədər də artacaq.
****
Misirin Qərbi Sinay bölgəsindəki Ariş rayonunda "Ravda" məscidində bomba partladılıb.
Mia.az xarici mətbuata istinadən xəbər verir ki, partlayışdan dərhal sonra ərazidə atışma olub:
"Partlayışdan sonra məsciddən - namazdan çıxan insanları hədəfə alan terrorçuların açdığı atəş nəticəsində ən azı 200 nəfər həlak olub, 120 nəfərdən çox yaralanıb".
Hadisədən sonra Misir hökuməti ölkədə 3 gün matəm elan edib.
Prezident Sisi təhlükəsizlik qüvvələrini təcili toplayaraq, müşavirə keçirib, terrora qarşı mübarizənin daha geniş aparılmasının vacibliyini tapşırıb. Məumata görə, bu dəqiqələrdə müşavirə davam edir.