Sosial şəbəkədə biz:

Türkiyə əhalisinin 70%-i Rusiya ilə əməkdaşlığı dəstəkləyir

24 November 2017, 21:15
Gündəm
Türkiyə vətəndaşlarının əksəriyyəti əmindir ki, ölkənin təhlükəsizliyini NATO-da üzvlük olmadan da təmin etmək mümkündür. Virtualaz.org “Sputnik”ə istinadən xəbər verir ki, İEA şirkətinin keçirdiyi ictimai rəy sorğusu bu nəticəni verib. Rəyi soruşulanların 70%-i siyasət, iqtisadiyyat və təhlükəsizlik sahələrində Rusiya ilə əməkdaşlığı məqbul sayır. Sorğuda iştirak edənlərin 60%-i isə qeyd edib ki, Türkiyənin xarici siyasəti onun iqtisadiyyatna mənfi təsir göstərir. Sorğunun noyabrın əvvəllərində keçirildiyi əlavə olunur.