Sosial şəbəkədə biz:

21 yaşlı naxçıvanlı tələbə Bakıda qətlə yetirildi

27 November 2017, 11:30
Gündəm
Bakıda qətl törədilib. APA-nın məlumatına görə, hadisə Zabrat qəsəbəsində baş verib. Naxçıvan sakini, 21 yaşlı tələbə Xəyal Məmmədov mübahisə zəminində naməlum şəxs tərəfindən bıçaqlanıb. Nəticədə ağır vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanaya yerləşdirilən X.Məmmədov orada keçinib. Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.