Sosial şəbəkədə biz:

4 MƏHKUM ÖLDÜ – “1-i intihar edib, 3-ü isə…”

27 November 2017, 13:58
Gündəm
Bakıda 1 məhkum intihar edib, 3-ü isə xəstəlikdən ölüb Bakıda məhkum intihar edib. APA-nın xəbərinə görə, hadisə Qobustan həbsxanasında qeydə alınıb. Orada cəza çəkən 1981-ci il təvəllüdlü Elşad Teyyub oğlu Kərimov kamerada özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil. Faktla bağlı Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir. E. Kərimov üç maddə üzrə təqsirləndirilərək 12 il müddətinə azadlıqdan məhrum edilibmiş Bundan başqa, son günlər 3 məhkum xəstəlikdən dünyasını dəyişib. Penitensiar Xidmətin müalicə müəssisəsində saxlanılanlar – İlham Muradov, Mədət İbrahimov və İlham Məmmədov xəstəlikdən vəfat ediblər.