Sosial şəbəkədə biz:

İslamabadda məscid qarşısında insanlara atəş açıldı

30 November 2017, 10:01
Gündəm
Pakistanın paytaxtı İslamabadda ölümlə nəticələnən silahlı insident baş verib. Bir neçə naməlum motosikletçi məscidin qarşısında insanlara atəş açıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 4-ü xəsarət alıb. “Daily Pakistan” qəzetinin xəbərinə görə, cinayət şəxsi düşmənçilik zəminində törədilib. Hədəfdə isə Pakistan kəşfiyyat bürosu əməkdaşının olduğu bildirilir.(APA)