Sosial şəbəkədə biz:

Bakıda daha bir istintaq təcridxanasının rəisi dəyişdirildi

30 November 2017, 11:36
Gündəm
Penitensiar Xidmətin Bakının Şüvəlan qəsəbəsində yerləşən 3 saylı İstintaq Təcridxanasına yeni rəis təyin olunub. “Report”un məlumatına görə, 17 saylı cəzaçəkmə müəssisəsinin rəisi Cəlil Əliyev vəzifəsindən azad olunaraq 3 saylı İstintaq Təcridxanasına rəis təyin edilib. C.Əliyev keçmiş Bayıl Təcridxanasının rəisi Misir Əliyevin oğludur. Xatırladaq ki, 3 saylı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılov vəzifəsindən azad olunaraq Bakı İstintaq Təcridxanasının rəisi təyin edilib.