Sosial şəbəkədə biz:

Keçmiş rəisin oğluna yeni vəzifə verildi - Xidmətdə daha bir dəyişiklik

30 November 2017, 12:22
Gündəm
Penitensiar Xidmətin Bakının Şüvəlan qəsəbəsində yerləşən 3 saylı İstintaq Təcridxanasına yeni rəis təyin olunub.
Azinforum.az "Report”a istinadən xəbər verir ki, 17 saylı cəzaçəkmə müəssisəsinin rəisi Cəlil Əliyev vəzifəsindən azad olunaraq 3 saylı İstintaq Təcridxanasına rəis təyin edilib.
C.Əliyev keçmiş Bayıl Təcridxanasının rəisi Misir Əliyevin oğludur.
Xatırladaq ki, 3 saylı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılov vəzifəsindən azad olunaraq Bakı İstintaq Təcridxanasının rəisi təyin edilib.