Sosial şəbəkədə biz:

DAHA BİR MTN GENERALINA HÖKM OXUNDU

30 November 2017, 12:14
Gündəm
Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və həmin mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb. “Report”un xəbərinə görə, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub Məhkəmənin hökmü ilə E.Quliyev 10 il 6 ay və A.Mehdiyev 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, onların hərbi rütbədən məhrum olunması üçün ölkə başçısına təqdimat göndərilməsi ilə bağlı qərar da qəbul edilib. Məhkəmə cinayət işində zərərçəkmiş kimi tanınan şəxslərin mülki iddiasını təmin etməyib. Yalnız Dövlət Təhlükəsizlik Xidmətinin mülki iddiası təmin edilib. Hökmə əsasən DTX-nın təqsirləndirilən E.Quliyevə qarşı qaldırdığı 7 milyon 736 min 58 manatlıq mülki iddiasını təmin olunub. General və polkovnikin əmlakları dövlətin xeyirinə müsadirə edilib. Bildirək ki, generalın aşağıdakı əmlaklarına həbs qoyulub: 90 TT 757 nömrəli "Mercedes BENZ GL 500”- 105 min manat 90 HH 757 nömrəli "Mercedes BENZ C200”- 64 min manat Mərdəkan qəsəbəsində bağ sahəsi- 172 min manat Ceyranbatan qəsəbəsində torpaq sahəsi- 27 min 500 manat Nabranda torpaq sahəsi 12 min manat.