Sosial şəbəkədə biz:

Şəhriyar Məmmədyarov dünyanın 3-cü şahmatçısı oldu

30 November 2017, 19:34
Gündəm
Beynəlxalq Şahmat Federasiyası (FİDE) şahmatçıların növbəti reytinq cədvəlini açıqlayıb. Virtualaz.org-un məlumatına görə, qrossmeyterimiz Şəhriyar Məmmədyarov yeni reytinq cədvəlində 3-cü sırada qərarlaşıb. Bu, Azərbaycan şahmatında ilkdir. Belə ki, ilk dəfə azərbaycanlı şahmatçı FİDE-nin reytinq sıyasında bu pilləyə yüksəlib. Ş.Məmmədyarovun hesabında 2799 reytinq xalı var. Reytinq cədvəlinə norveçli Maqnus Karlsen (2837) başçılıq edir, Levon Aronyan (2805) 2-ci yerdədir. Xatırladaq ki, oktyabrın nəticələrinə görə, Şəhriyar 4-cü mövqeni tuturdu.