Sosial şəbəkədə biz:

"Uşaqlar qışın günündə soyuqda qalacaq" - 3 ailənin qaldığı ev külə döndü - VİDEO

01 December 2017, 16:02
Gündəm
Kürdəmirdə 3 ailənin yaşadığı ev yanıb. ARB TV xəbər verir ki, hadisə bu gün gündüz saatlarında şəhərin Yaşar Seyidov 43 ünvanında baş verib. Sabir Sədi oğlu Səmədova məxsus 1 mərtəbəli, 4 otaq, 2 mətbəx və aynabənddən ibarət olan fərdi yaşayış evində güclü yanğın baş verib. Hadisə yerinə FHN-nin Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Ümumi sahəsi 204 kvadratmetr olan evin 124 kvadratmetri əşyaları ilə birlikdə yansa da, evin qalan hissəsi yanğından mühafizə olunub. İlkin ehtimala görə, 3 ailənin yaşadığı evdə yanğına səbəb elektrik naqillərində baş verən qısaqapanma olub. Sabir Səmədov (ev sahibi): "Qonşular zəng edib dedi ki, eviniz yanır. Bilmirəm nədən olub". Zərərçəkən: "Nə işıq, nə də qaz yanılı vəziyyətdə deyildi. Hamısı sönülü idi. Qonşular dedi ki, eviniz alışır. Qışın günündə uşaqlar soyuğun altında qalacaq". Zərərçəkən: "3 ailə yaşayırıq. 11 nəfər bu evin içində qalırdıq. 2 gəlinimin cehizləri, qızılları, öz əşyalarımız, pullarımız, sənədlərimiz hamısı yandı. Təkcə əynimizdəki paltarlar qaldı".