Sosial şəbəkədə biz:

Dünya çempionatının püşkü atıldı - Qruplar

01 December 2017, 20:20
Gündəm
2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının püşkatma mərasimi keçirilib. Püşkatma mərasimi Moskvada Dövlət Kreml Sarayında keçirilib və Bakı vaxtı ilə 19:00-da start götürüb. DÇ-2018-in final mərhələsində vəsiqə qazanan 24 komanda 8 qrupa bölünüb. Turun açılış matçında meydan sahibi Rusiya millisi Səudiyyə Ərəbistanı ilə qarşılaşacaq. DÇ-2018-in qrupları aşağıdakı kimidir: A qrupu Rusiya Səudiyyə Ərəbistanı Misir Uruqvay B qrupu Portuqaliya İspaniya Mərakeş İran C qrupu Fransa Avstraliya Peru Danimarka D qrupu Argentina İslandiya Xorvatiya Nigeriya E qrupu Braziliya İsveçrə Kosta-Rika Serbiya F qrupu Almaniya Meksika İsveç Cənubi Koreya G qrupu Belçika Panama Tunis İngiltərə H qrupu Polşa Seneqal Kolumbiya Yaponiya Qeyd edək ki, DÇ-2018 14 iyun-15 iyul tarixlərində Rusiyanın 11 şəhərində keçiriləcək.