Satışa 20 milyon manatlıq istiqraz çıxarılır
Dekabrın 5-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
Azinforum.az xəbər verir ki, Trend-ə BFB-dən verilən məlumata görə, istiqrazların ümumi həcmi 20 milyon manat, hər bir istiqrazın nominal dəyəri 100 manatdır.
Qeyd edək ki, "PAŞA Kapital" QSC anderrayter vəzifəsində çıxış edir.