Sosial şəbəkədə biz:

Türkiyəli deputat ömürlük həbs cəzasına məhkum edilə bilər

01 December 2017, 21:02
Gündəm
Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) millət vəkili Enis Berberoğlu ömürlük həbs cəzasına məhkum edilə bilər. Trend-in məlumatına görə, deputat Türkiyə kəşfiyyatının fəaliyyəti ilə bağlı fotomaterialların yayılmasında ittiham olunur. Qeyd edək ki, bir müddət əvvəl E.Berberoğlu bu materialların ona partiya sədri Kamal Kılıçdaroğlu tərəfindən verildiyini bildirmişdi.