Sosial şəbəkədə biz:

Ehtiyac meyarı artırıldı: indi 130 manatdır

01 December 2017, 22:19
Gündəm
Azərbaycanda 2018-ci il üçün ehtiyac meyarının yuxarı həddi müəyyənləşib. Maliyyə naziri Samir Şərifov bildirib ki, "2018-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsinə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə gələn il üçün ehtiyac meyarının yuxarı həddi 130 manat məbləğində müəyyən edilib: "Prezidentin tapşırığına əsasən, gələn il üçün Azərbaycanda ehtiyac meyarı 14 manat və ya 12% artırılaraq 130 manata çatdırılıb". Qeyd edək ki, 2018-ci il üçün ehtiyac meyarının yuxarı həddi 116 manat müəyyənləşmişdi.