Sosial şəbəkədə biz:

Oğul dayısı oğlu ilə birləşərək anasını baltaladı - Abşeronda qətl

04 December 2017, 11:11
Gündəm
Abşeronda ağır cinayət törədilib.
APA-nın məlumatına görə, rayonun Masazır qəsəbəsinin sakini, 1994-cü il təvəllüdlü Vüsal Şıxəliyev qısqanclıq zəminində bibisi, 1975-ci il təvəllüdlü Yeganə Şıxəli qızı İmamverdiyevaya balta ilə xəsarət yetirib. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Hadisəni törədən V. Şıxəliyev tutulub. O, ifadəsində hadisəni Y. İmamverdiyevanın oğlu, 1999-cu il təvəllüdlü Kamillə birgə törətdiyini bildirib.
Faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.