Sosial şəbəkədə biz:

"Bu, "Çelsi”nin ilk turda Londonda böyük hesabla üstələdiyi "Qarabağ” deyil"

04 December 2017, 21:35
Gündəm
"Roma"nın baş məşqçisi Eysebio di Françesko Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda "Qarabağ"la oyun öncəsi mətbuat konfransı keçirib. "Report"un məlumatına görə, o, əvvəlcə matç haqqında fikirlərini bölüşüb. - Perotti və Nainqqolanın son durumları necədir? - Hər ikisi sabahkı matçda meydanda olacaq. Bu xəbər hamımızı sevindirir. Amma Kolarovun vəziyyətinə diqqət yetirməliyik. O, SPAL-la matçda çox yorulub. Ancaq o da sabah meydana çıxa bilər. - Digər matçda "Atletiko”dan sizə sərf edəcək nəticə gözləyirsinizmi? - Biz öz oyunumuz haqda fikirləşirik. Hər bir turnirdə olduğu kimi Çempionlar Liqasında da taleyimiz öz əlimizdədir. "Qarabağ"ı məğlub edib növbəti mərhələyə yüksəlmək istəyirik. - "Qarabağ”la oyunda sürpriz nəticə qeydə alına bilər? - Onlar çox yaxşı komandadır. "Qarabağ” Madriddəki görüşdə "Atletiko”ya qarşı yaxşı oyun sərgiləyib. Bu, "Çelsi”nin ilk turda Londonda böyük hesabla üstələdiyi "Qarabağ” deyil. - "Qarabağ"la ilk görüşdən sonra komandanızda nə dəyişib? - Komandada çox şey dəyişib. Bakıdakı kimi, yenə "Qarabağ”ı məğlub etməliyik. Avrokubok matçlarında qələbə qazanmaq asan deyil. Bakıdakı qarşılaşmadan sonra öz gücümüzə daha çox inanmağa başladıq. - Sabah gözləmədiyiniz nəticə qeydə alına bilərmi? - "Qarabağ”la matç bitəndən sonra bu barədə danışarıq. Pessimizmdən söhbət gedə bilməz. Oyuna ciddi hazırlaşmışıq. Həmişə optimist olmuşam, bundan sonra da belə davranacam.