Sosial şəbəkədə biz:

“Günel Rzadan yaxşı canını qurtarıb”

05 December 2017, 11:11
Gündəm
Türkiyəli aktrisa-aparıcı Berna Laçin ABŞ-da həbsdə olan Rza Zərrabla bağlı tvitterdə paylaşım edib.  “Qafqazinfo” xəbər verir ki, Berna Türkiyədə yaşayan azərbaycanlı müğənni, iş adamının eks-sevgilisi Günel Zeynalovaya da dəstək olub. O, sənətçinin vaxtı ilə Rzadan ayrılmasının doğru olduğunu bildirib: “Ağlıma gəldi, 10 il əvvəl Rza ilə müğənni Günel sevgili idi. Günel tərk edilib, üstəlik 6 ay həbsə məhkum edilmişdi. Hər şeydə bir xeyir var. Yaxşı canını qurtarıb”. Qeyd edək ki, R. Zərrabla Günel 8 il eşq yaşayıb. Cütlük qalmaqallı bir şəkildə ayrılıb, müğənni iş adamına “Başına silahla vuraram” dediyi üçün 6 ay həbs cəzasına məruz qalmışdı.