Sosial şəbəkədə biz:

Sabirabadda toyda kütləvi dava — Yaralılar var

06 December 2017, 20:58
Gündəm
Sabirabadda keçirilən toy şənliyində kütləvi dava olub. Azinforum.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qaragüney kəndində baş verib. Toyda Sabirabad sakini Əsədov Sərxan Tahir oğlu bir neçə şəxsə bıçaqla xəsarət yetirib. Xəsarət alanlardan iki nəfər - Sabirabad sakini, 1982-ci il təvəllüdlü Xudiyev Orxan Adıgözəl oğlu və Bakı sakini, 1988-ci il təvəllüdlü Əhmədov Emil Məhəmməd oğlu Şirvan Şəhər Xəstəxanasında əməliyyata götürülüb. Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb. Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.