Sosial şəbəkədə biz:

Sumqayıtda dəhşətli yol qəzası - 3 ölü, 1 yaralı

08 December 2017, 09:49
Gündəm
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində “Kamaz“ markalı yük avtomobili ilə “Mercedes” markalı minik avtomobili toqquşub.  “Qafqazinfo”nun FHN-nin saytına istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində minik avtomobilində olan 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb. Qəza yerinə cəlb olunmuş Sumqayıt  Regional  Mərkəzinin xilasetmə qüvvələri cəsədləri və xəsarət alan şəxsi deformasiyaya uğramış avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.