Sosial şəbəkədə biz:

Yeni nazir hansı kadr dəyişikliyi edib? (AÇIQLAMA)

08 December 2017, 12:31
Gündəm
Vergilər Nazirliyinə yeni nazir təyin edildikdən sonra hər hansı dəyişiklik olmayıb. Hətta Fazil Məmmədovun 15 müşaviri də iş başındadır. Bu barədə axar.az-a Vergilər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mehdi Mirsəlimov məlumat verib. Onun sözlərinə görə, keçmiş nazir Fazil Məmmədovdan sonra nazirlikdə hər hansı kadr dəyişikliyi aparılmayıb: "Hər hansı dəyişiklik olsa, bu barədə mətbuata məlumat veriləcək”. Qeyd edək ki, 5 dekabr tarixində prezidentin imzaladığı sərəncamla Fazil Məmmədov Vergilər naziri vəzifəsindən azad edilib. Digər sərəncamla Mikayıl Cabbarov vergilər naziri vəzifəsinə təyin edilib.